!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəddə təxribatlar və MÜHARİBƏ EHTİMALI: “Görünür, məsələni siyasilər yox, hərbçilər...” – HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Görünür, məsələni siyasilərdən çox, hərbçilərin həll edəcəyi gözləntisi var”.

Bunu Qarabağda erməni təxribatları nəticəsində yaranan gərginlik haqda fikirlərini səsləndirən hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, ermənilər həm sərhəddə, həm də Qarabağda təxribatlar törədərək Azərbaycanı sərt addımlar atmağa təhrik edirlər:

“Artıq bir neçə gündür, gərginliyin artdığını görürük. Sentyabr başladığı gündən Kəlbəcər istiqamətində aktivlik müşahidə olunur. Bu ay hələ gərgin keçəcək. Nəinki qanunsuz erməni hərbi birləşmələr, hətta mülki ermənilərin əsgərlərimizə atəş açdığını görürük.

Azərbaycan və erməni cəmiyyətində müharibə gözləntisi var. Sanki müharibə başlayacaqmış kimi vəziyyət hökm sürür. Belə düşüncənin əsas səbəbi isə sülh müqaviləsinin olmamasıdır. Əlavə olaraq, hələ də Ermənistandan sülh müqaviləsinin bağlanacağı ilə əlaqəli mesajlar görmürük. Tam əksini edərək, Hindistan və İrandan hərbi texnika alaraq silahlanır. Görünür, məsələni siyasilərdən çox, hərbçilərin həll edəcəyi gözləntisi var.

Ermənistan sərhəddə təxribatlar törədərək nə qədər Azərbaycanı təhrik etməyə çalışsa da, nəticə ala bilmir.

Ermənilər separatçı rejimin lideri Arayik Arutyunyanın istefasından sonra Ağdam-Xankəndi yolunun istifadəsi, əhalinin Azərbaycana inteqrasiyası ilə bağlı müsbət mesajlar vermirlər. Yalnız təhdid və təhqirdən istifadə edirlər. Bu isə Azərbaycan üçün yolverilməzdir. Azərbaycana sərt gücün tətbiqindən başqa seçim buraxmırlar. Sərt güc isə antiterror əməliyyatının keçirilməsidir. O da qapıdadır. Səbir eləməyə vaxtımız yoxdur. Sentyabr, maksimum ilin axırına qədər Qarabağda bütün məsələlər öz həllini tapacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv