!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sərhədə artilleriya cəmləmək Ermənistana baha başa gələcək” - AÇIQLAMA

!Reklam – Yazi

“Təhlükə yaradacaq mövqelər nəzarətə götürülməlidir”.

Bunu Ermənistanın Azərbaycanla sərhədə şəxsi heyət və hərbi maşınlar toplaması ilə bağlı yayılan videogörüntülər fonunda yaranmış hadisələri şərh edən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistanın Azərbaycanla sərhədə şəxsi heyət, hərbi qüvvə və texnika cəmləməsi onlara baha başa gələcək:

“İki il öncə “Vətən” müharibəsi və daha sonra Ermənistanın təxribatlarına qarşı Azərbaycan ordusu tərəfindən uğurlu əməliyyatlar aparılıb. Hələ də baş verənlər Ermənistan hərbi-siyasi rəhbərliyinə dərs olmayıb.

Erməni qoşunlarının sərhəddə cəmləşdirilməsi Azərbaycan xalqına və ordusuna ciddi təhlükə və təhdid yaradır. Təhlükəsizliyimizin təmin olunması təhlükəsizlik qüvvələrimizin əsas vəzifəsidir. Ordumuz Ermənistanın qoşun cəmləşdirdiyi ərazilərdən kəşfiyyat məlumatları əldə etməlidir. Daha sonra atəş açılarsa, həmin vasitələri məhv etməli və mövqeləri nəzarətə götürməlidirlər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv