Reklam: High Technic
hightechnic

“Sərkisyanın özünü güllələməsi daha yaxşıdır” - Rusiyalı politoloq

“Qafqazda həll olunmaq əvəzinə daha da dərinləşən münaqişələr var. Dmitri Medvedyevin prezidentliyi dövründə belə təəssürat yaranmışdı ki, Qarabağ münaqişəsinin həlli üçün Minsk platformasından istifadə olunacaq. Qarabağ münaqişəsi sadəcə, Azərbaycan və Ermənistan arasında gedən bir konflikt deyil. Bu, Qafqaz regionunda idarə olunan bir münaqişədir”.

Yeniçağ.Ru-nun məlumatına görə, bu fikirləri Rusiyalı politoloq və ictimai xadim Maksim Şevçenko “Dağlıq Qarabağ münaqişəsi: tarix, sülhyaratma və vətəndaş cəmiyyətinin rolu” adlı elmi-praktik konfransındakı çıxışında səsləndirirb:

“Cənubi Qafqaz İran körfəzinə və enerji daşıyıcılarının Avropaya nəqli üçün ən qısa yol olmaqla yanaşı, Avropa və İslam sivilizasiyasının qovuşduğu bölgədir”.

Onun sözlərinə görə, bu gün üçün münaqişə tərəflərinin güzəştə getmələri real deyil:

“Qoşunların təmas xəttindən çıxarılması Sərkisyan üçün intihar deməkdir. Xalqın qarşısına çıxıb necə desin ki, biz qoşunları geri çəkirik? Bundansa, özünü güllələməsi daha yaxşıdır. Azərbaycan rəhbərliyi də əraziləri güzəştə getməyəcək”.

Politoloq Qarabağ münaqişəsinin həlli üçün mümkün ssenarini belə təsvir edib:

“Gəlin, belə bir ssenari təsəvvür edək: döyüşlər başlayır, hər iki tərəf müasir taktiki silah arsenalına, yaylım atəşi sistemlərinə, kəşfiyyat şəbəkəsinə malikdir.

Təəccüblüsü odur ki, Minsk qrupunun həmsədri olan ölkələr münaqişə tərəflərinə silah satırlar. Bu da belə “sülh yaratmaqdır”. Təbii, Ermənistan Rusiyadan yardım istəyir və Gürcüstandan Rusiya ilə kommunikasiya üçün dəhliz açmasını tələb edir. Gürcüstan bu tələbi qəbul etsə, suverenliyini itirir, etməsə onun da ərazisi müharibə meydanına dönür. Qarabağ müharibəsinə Rusiya, Türkiyə və İranın da cəlb olunması bütün Qafqazı alova bürüyür. Cihada və xristian həmrəyliyinə çağırışlar güclənir, terror qruplaşmaları da regiona axın edirlər”.

Yeniçağ.Az

 

www.yenicag.az

91