!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişin təyyarəsində ŞOK: Mühərrik qapağı yerindən çıxdı

!Reklam – Yazi

ABŞ-ın Denver şəhərindən Hyustona uçan sərnişin təyyarəsinin mühərrik qapağı havaya qalxarkən yerindən çıxıb və qanad qapağına dəyib.

Yenicag.az xəbər verir ki, Federal Aviasiya İdarəsi (FAA) “Boeing 737-800” model sərnişin təyyarəsində baş verən insidentlə bağlı açıqlama yayıb.

Açıqlamaya görə, “Southwest Airlines”a məxsus Denverdən Hyustona uçan təyyarənin mühərrik qapağı havaya qalxarkən yerindən çıxıb və qanad qapağına dəyib.

“Southwest Airlines” bildirib ki, hadisədən sonra təyyarə təhlükəsiz şəkildə Denverə enib və Hyuston sərnişinləri başqa təyyarəyə mindirilib.

Uçuş aprelin 4-də Texasdan havaya qalxmalı olan eyni modelli başqa bir təyyarənin mühərrikində baş verən yanğın səbəbindən təxirə salınıb.

FAA qeyd edib ki, sözügedən hadisələrlə bağlı araşdırmalar davam edir.

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv