!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişin və yükdaşıma qaydalarının pozulmasına görə yeni cərimələr təsdiqləndi - SİYAHI

!Reklam – Yazi

Sərnişin və yükdaşıma qaydalarının pozulmasına görə yeni cərimələr təsdiqlənib.

Yenicag.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunda əksini tapıb.

Qanunda qeyd edilib ki:

– Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər isə 1 000 manat məbləğində cərimə ediləcəklər;

– Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə cərimə 40 manat olacaq;

– Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin və yükdaşıma qaydalarını pozmaqla yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə cərimə 50 manat məbləğində olacaq;

– Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilirlər;

– Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə olmadan müntəzəm sərnişindaşımalarının təşkilinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər isə 1 200 manat məbləğində cərimə ediləcəklər;

– Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yükdaşımalarının yerinə yetirilməsinə görə cərimə 400 manat məbləğində olacaq.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir./report/

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv