!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişindaşıma şirkətləri üçün YENİLİK: "Bu şəxslər subsidiya ala bilməyəcək"

!Reklam – Yazi

“İstər şəhər daxilində, istərsə də rayonlar arasında sənədsiz daşımaları həyata keçirənlər subsidiya almayacaq”. 

Yenicag.az xəbər verir ki, bunu dekabrın 1-dən etibarən avtobuslarla sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara yanacağa görə subsidiya verilməsi qərarına toxunan nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, subsidiya yalnız rəsmi qaydada sərnişindaşıma ilə məşğul olan şirkətlərə və sahibkarlara veriləcək:

“Rəsmi qayda o deməkdir ki, həmin hüquqi və ya fiziki şəxsin müvafiq marşrut üçün rəsmi təsdiq edilmiş müqaviləsi və marşrut pasportu olmalıdır. Başqa sözlə, istər şəhər daxilində, istərsə də rayonlar arasında sənədsiz daşımaları həyata keçirənlər subsidiya almayacaqlar. Subsidiya yalnız dizel yanacağı ilə işləyən avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası (rayonlararası) marşrutlarda sərnişin daşıyanlara veriləcək, beynəlxalq daşımalar üçün isə verilməyəcək.

Subsidiya bu ilin yanvarında (05.01.2021 tarixdən) yanacağın qiyməti qaldırıldığı tarixdən hesablanaraq veriləcək. Həmçinin subsidiya gediş haqlarına yenidən baxılana qədər veriləcək. Bu qərar gediş haqlarının nağdsız ödənilməsi sisteminin ölkə üzrə genişlənməsini stimullaşdıracaq”.

Ərşad Hüseynov qeyd edib ki, bu qərar əlaqədar dövlət qurumlarını (BNA, AYNA) və daşıyıcıları marşrutlara dair sənədləşmə ilə bağlı bütün çatışmazlıqları aradan qaldırmağa məcbur edəcək:

“Çünki subsidiya almaq üçün həmin sənədləri vergi orqanına təqdim etmək lazımdır.

Qərarda subsidiyanın məbləği də müəyyən edilir. Belə ki, təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi həcmində ödəniş ediləcək.

Lakin subsidiya məbləği sərnişindaşıma xidmətindən daxil olan vəsaitin hər bir daşıma növü üçün göstərilən həddindən şəhərdaxili (rayondaxili) sərnişindaşımada 6,7 faizindən, şəhərlərarası (rayonlararası) sərnişindaşımada 8,3 faizindən, şəhərətrafı və qəsəbələrarası sərnişindaşımada 7,5 faizindən artıq olmayacaq. Subsidiya məbləğinin sərnişindaşıma xidmətindən daxil olan vəsaitin həddi ilə məhdudlaşdırılması daşıyıcıları məcbur edəcək ki, gediş haqlarını maksimum dərəcədə rəsmiləşdirsinlər”.

Gülşən Şərif

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv