!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişindaşıma şirkətlərinin gediş haqqı artımı istəyi nə qədər realdır? - Ekspert AÇIQLADI

!Reklam – Yazi

Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə tariflərə baxılması, gediş haqqının artırılması ilə bağlı müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunub ki, hazırda sərnişindaşımada mövcud olan gediş haqqı maliyyə xərclərinin qarşılanması üçün yetərli deyil. Nəticədə bu günün bazar reallığından dəfələrlə aşağı olan gediş haqqı şirkətləri ciddi maliyyə itkilərinə məruz qoyub, borclanmanı daha da artırıb.Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında bildirib ki, şirkətlərin müraciəti fonunda gediş haqqının artacağı real görünmür:

“Sərnişindaşıma şirkətlərinin müraciəti birbaşa iqtisadi amillərlə bağlıdır. Bu gün Bakı şəhərində tıxacların çox olmasından dolayı sərnişindaşıma və yükdaşımada ciddi problemlər yaşanır. Belə ki, tıxacların çox olması sərnişinlərin ictimai nəqliyyatdan istifadəsinə ciddi şəkildə mane olur. Bütün hallarda sərnişindaşıma şirkətlərinin müraciəti vətəndaşların büdcəsinə mənfi təsir edəcək. Bu, sosial narazılığa səbəb olacaq.

Fikrimcə, sərnişindaşıma şirkətlərinin şikayətinin həlli üçün dövlət tərəfindən yanacaq subsidiyaları ayrıla bilər. Bundan başqa, sərnişindaşıma şirkətlərinin qarşısında elektromobil və maye qazla işləyən avtobuslardan istifadəyə dair tələb qoyula bilər. Bu halda şirkətlərin gəlirini yüksəltmək mümkün olacaq. Ümumilikdə, gediş haqqının artacağı gözlənilmir. Çünki şirkətlər sərnişin azlığından şikayətlənmir”.

Gülşən Şərif

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv