!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişinin halı pisləşdi: Təyyarə Bakı aeroportuna təcili eniş etdi

!Reklam – Yazi

“Finnair” aviaşirkətinə məxsus Sinqapur-Helsinki reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Yenicag.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Airbus A350” təyyarəsi yerli vaxtı ilə saat 02:31-də Bakı hava limanına eniş edib.

Məlumata görə, sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibbi klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə 05:50-də Bakıdan Helsinki şəhərinə yola düşüb.

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv