!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişinlərə ŞAD XƏBƏR: Avtobuslarda kondisionerlər vaxtından əvvəl qoşulacaq

!Reklam – Yazi

Son günlər anomal istilərin mövcudluğu yaz ayları üçün xarakterik olmadığına görə, ictimai nəqliyyatdan istifadə edən sakinlər üçün çətinlik yaradır. Belə ki, hər il avtobuslarda kondisionerlərin iyun ayından işə salındığını nəzərə alaraq, bu il yaz aylarında havanın isti olması, sərinləşdirici sistemlərin daha erkən işə salınmasını zəruri edib.

Məsələ ilə bağlı “Xaliq Faiqoğlu” MMC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Nizam Rzayev Yenicag.az-a bildirdi ki, hər il hava şəraitindən asılı olaraq, müxtəlif vaxtlarda kondisionerlər qoşulur və bu il də buna müvafiq olaraq qərar veriləcək:

“Hazırda müasir avtobuslarımızda havalandırma sistemləri işlək vəziyyətdədir. Gün ərzində havanın temperturu daha yüksək olduğu zaman kəsiyində qoşulur. Havasərinlədişdirici sistemlərin də yoxlanış-hazırlıq mərhələsi yekunlaşmaq üzrədir. Havanın temperaturunun təyin edilmiş həddə çatması ilə kondisionerlərin də işə salınması planlaşdırılır. Hər il hava şəraitindən asılı olaraq müxtəlif vaxtlarda kondisionerlər qoşulur və bu ildə buna müvafiq olaraq qərar veriləcək”.

İsmayıl Bakuvi

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv