!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişinlərə XOŞ XƏBƏR

!Reklam – Yazi

Bakı Nəqliyyat Agentliyinin daşıyıcılar qarşısında müəyyənləşdirdiyi tapşırığa uyğun olaraq, “Xaliq Faiqoğlu” MMC tərəfindən yeni gətirilən, Avro 6 standartlarına cavab verən 50 ədəd “Otokar” markalı, CNG mühərrikli avtobuslar istismara verilib.

Yenicag.az xəbər verir ki, agentlikdən verilən məlumatda görə, nəqliyyat vasitələri 18, 61, 65 və 85 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişinlərin istifadəsinə verilib.

Bu marşrut xətlərindən çıxarılan “İsuzu” markalı avtobuslar isə “Daewoo” markalı avtobusları əvəz etmək üçün 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə daşımalara cəlb edilib.

Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, daşıyıcı tərəfindən sərnişin tələbatı nəzərə alınmaqla, ayrı-ayrılıqda hər üç xətt üzrə gündəlik reysə 20 ədəddən artıq avtobus çıxarılır. Bununla da, Bakı-Xırdalan istiqamətində gündəlik 100 min nəfərə yaxın sərnişinin daha rahat, maneəsiz və təhlükəsiz daşınması təmin edilib.

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv