!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişinləri narahat edən metro YELLƏRİ: "Bu problemin yaranma səbəbi..." - XİDMƏT RƏİSİ

!Reklam – Yazi

Son zamanlar metroda sərnişinlərin üzləşdiyi bir mənzərə bir sıra narazılıqlara səbəb olub. Metropolitendə fəaliyyət göstərən yeni növ vaqonlarda kondisoner sisteminin mövcud olmasına baxmayaraq oradakı nəfəsliklərin açıq qaldığının şahidi oluruq. Köhnə, yəni Sovet dövründən qalan vaqonlarda kondisoner sistemi olmadığından bu durum həmin qatarlarda başa düşüləndir. Lakin yeni növ vaqonlarda yaranmış bu vəziyyət sərnişinləri narahat edən nüansa çevrilib.
Belə ki, sözügedən vaqonlarda pəncərələrin açıq qalması səbəbilə platformadan içəriyə daxil olan hava axını sərnişinləri narahat edir. Bu hal xüsusilə, qadın, uşaq və yaşlı sərnişinləri narazılığına səbəb olur.

Yenicag.az olaraq sözügedən problemlə bağlı Bakı Metropoliten QSC-nin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədovla əlaqə saxladıq.

Xidmət rəisi məsələylə bağlı bu fikirləri səsləndirib:

“Metropolitendə fəaliyyət göstərən köhnə vaqonlarda nəfəsliklər açıq vəziyyətdə qalır. Bu addım isə, içəridə havalandırma aparmaq məqsədilə edilir. Bildiyimiz kimi bu vaqonlarda kondisoner sistemi mövcud deyil. Yeni nəsil qatarlarda nəfəsliklərin açıq qalması məsələsinə gəlincə, metropoliten daxilində gündəlik monitorinqlər həyata keçirilir. Qatar depodan xəttə çıxan zaman mütləq qaydada texniki baxış keçirilərək istifadəyə verilir. O cümlədən də qatarın kondisioner sisteminə baxış keçirilir. Qatara xətdə olduqda da müntəzəm nəzarət edilir.

Bu problemin yaranma səbəbi ondan ibarətdir ki, həmin nəfəsliklər sərnişinlər tərəfindən açılır və bu zaman içəridəki hava şəraiti dəyişməyə başlayır. İstifadəçilər böyük ehtimalla içərinin çox da sərin olmaması üçün bunu edirlər. Qatar xətdə olarkən işçilərimiz tərəfindən buna müdaxilə etmək mümkün olmur. Lakin vaqon sonuncu stansiyaya çatdıqda həmin vaqona yenidən baxış keçirilir və nəfəsliklər bağlanılır.
Stansiyada hava temperaturu normativlərə uyğun olmasına baxmayaraq bəzi hallarda müəyyən qədər temperatur dəyişikliyi yaşanır. Sərnişin sayı nisbətən çox olduğu zamanda bu fərq daha çox hiss olunur. Bu zaman kondisionerlərin daha güclü işləməsi nəticəsində müəyyən bloklarda cüzi miqdarda da olsa, kondisioner sistemində zəifləmə yaranır. Həmin vaxt yenə eyni qayda olaraq vaqona əlavə baxış keçirilir və sistem qaydasına salınır. Bu tipli hadisələr nadir hallard da olsa, yaşana bilir”.

Yusif Səmədzadə

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv