!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişinləri yolda qoyub avtobusu tərk edən sürücü işdən çıxarıldı

!Reklam – Yazi

İki gün öncə Bakıda gecəyarı sərnişinləri yolun ortasında qoyub gedən “BakuBus”ın sürücüsü işdən çıxarılıb.

Yenicag.az-ın məlumatına görə, məsələ ilə bağlı “BakuBus”un mətbuat katibi Əsmər Əliyeva açıqlama verib:

“Hadisə saat 23:58- də 5 mömrəli xətt üzrə hərəkət edən 99 JO 118 dövlət qeydiyyat nömrəli avtobusda qeydə alınmışdır. Sürücünün verdiyi məlumata görə özünü pis etdiyindən avtobusu saxlayaraq sərnişinlərə məlumat vermiş və avtobusu tərk etmişdir. Lakin bu barədə dispetçer mərkəzinə məlumat verməməklə həm daxili prosedur qaydaların kobud pozuntusuna yol vermiş, həm də sərnişinlərin ünvanlarına çatdırılması üçün operativ addımların atılması imkanlarını məhdudlaşdırmışdır. 15 dəq-dən sonra avtobusa qayıdan sürücü xətt üzrə hərəkətini davam etdirmişdir. Hazırda “BakuBus” da sürücünün hərəkəti üzrə daxili araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına Sizi əmin etmək istərdik.
Sərnişin məmnunluğunun fəaliyyətimizin başlıca prioriteti olduğunu bir daha bəyan edir və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə sərnişinləri bundan sonra da sıx əməkdaşlığa dəvət edirik.

Ötən gün baş verən hadisə üzrə daxili araşdırmanın yekunlaşdığını diqqətinizə çatdırır və nəticələrini Sizinlə bölüşürük.
Vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin “BakuBus”ın imicinə mənfi təsiri nəzərə alınaraq, Əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilmişdir.
Bir daha baş vermiş hadisəyə görə təəssüfümüzü bildirir və keyfiyyətli xidmət prinsipinə sadiqliyimizi bir daha vurğulayırıq”.

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv