!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şərti sərhəddə GƏRGİNLİK: “Ermənistan bu addımı atsa, bədəlini çox ağır ödəyəcək” – HƏRBİ ESKPERT

!Reklam – Yazi

“Azərbaycan Ermənistan ərazisindən yaranacaq hər hansı təhlükədən narahat deyil. Əgər Ermənistan belə bir addım atarsa, bədəlini çox ağır şəkildə ödəyəcəyini yaxşı başa düşür”.

Bunu son zamanlar artan atəşkəs pozuntularının intensivliyi fonunda ehtimal olunan genişmiqyaslı gərginlikdən danışan hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, 44 günlük müharibədən sonra Ermənistanda hərbi sahənin hansı vəziyyətdə olduğunu yaxşı bilirik:

“Ermənilər Azərbaycana müxtəlif mesajlar verə bilərlər. Lakin etdikləri yalnız mesaj səviyyəsində də qalacaq. Çünki Ermənistanın yaxın 3-5 il ərzində böyükmiqyaslı gərginliklə bağlı hər hansı qərar verməsi mümkün deyil.
Separatçı rejimin Qarabağda atəşkəs pozuntularına yol verməsi Azərbaycanın “qırmızı xətt”idir. Azərbaycanı müxtəlif yollarla öz maraqlarını həyata keçirmək üçün təhrik edirlər. Lakin bir gün belə fəaliyyətlərinin özlərinə bəla olacağını anlamırlar. Azərbaycan cəzalandırma əməliyyatını mütləq həyata keçirəcək.

Azərbaycan öz sərhədləri xaricində olan, yəni Ermənistan ərazisindən Azərbaycana qarşı yaranacaq hər hansı təhlükədən narahat deyil. Əgər Ermənistan belə bir addım atarsa, bədəlini çox ağır şəkildə ödəyəcəyini yaxşı başa düşür. Bizi narahat edən əsas məsələ daxildədir, qeyri-qanuni erməni hərbi birləşmələrinin fəaliyyətini nəzərdə tuturam. Azərbaycan onlar üçün ən yaxşı variantı təqdim edib. Ya silahsızlaşıb mülki əhaliyə çevriləcəklər, ya da bölgəni tərk edəcəklər. Başqa variant, konkret olaraq yoxdur!”.

Nəsimi Ələsgərli

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv