!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şərurda adam öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

!Reklam – Yazi

Şərurda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Yenicag.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

Car il aprelin 29-da Şərur rayonunda Mürsəl Hüseynovun aldığı xəsarətdən ölməsi ilə faktı bağlı istintaqı aparılan cinayət işi yekunlaşdırılıb.

İstintaqla, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Abdulla Abdullayev tərəfindən kəsici-deşici alətlə Şərur rayon sakini Mürsəl Hüseynovun sağ ayağının bud nahiyəsinə xəsarət yetirilməsinə və sonuncunun həmin xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Abdulla Abdullayevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi tamamlanaraq baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv