!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şərurda yaşayış mənzili yandı

!Reklam – Yazi

Şərur şəhərində mənzildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, “112” qaynar xəttinə Şərur şəhəri, Mikayıl Müşfiq küçəsi bina 5, mənzil 11 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub və yanğın dərhal əraziyə cəlb olunmuş yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 95 kvadratmetr olan mənzilin 35 kvadratmetr hissəsi yanıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv