!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İndi yoldayıq və..." - Sərvər Bəşirli avtomobil hədiyyəsindən də danışdı

!Reklam – Yazi

Bir neçə gün öncə qırmızı rəngli köhnə avtomobillə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan Ceyranbatan qəsəbə sakini Sərvər Bəşirlinin bu addımı sosial şəbəkələrdə müzakirələrə səbəb olur. Sərvər Bəşirlinin köhnə “VAZ”la yardım kampaniyasına qoşulması təqdirəlayiq hal kimi qiymətləndirilib. Hətta Rusiyada yaşayan iş adamlarından biri Sərvər Bəşirliyə avtomobil hədiyyə edəcəyini bildirib.

Bununla bağlı Yenicag.az-a açıqlama verən Sərvər Bəşirli bildirib ki, göstərdiyi yardımın ictimailəşəcəyi və iş adamı tərəfindən hədiyyə alacağı onun üçün gözlənilməz olub. Çünki məqsədi sadəcə Türkiyədəki zəlzələlərin fəsadlarından əziyyət çəkənlərə dəstək olmaqdır:

“Əslində məhz diqqət mərkəzində olmaq və hədiyyə almaq üçün çalışmırıq. Ancaq yenə də çox sağ olsunlar ki, vətəndaşlarımız diqqət və qayğı göstərdilər. Deyilənə görə, Rusiyada iş adamı mənə avtomobil hədiyyə edəcək. Hörməti artıq olsun… Türkiyəyə yardımlarımız yenə də davam edir. Hətta indi də yoldayıq və ərzaq yardımı aparırıq”.

Sosial şəbəkələrdə şəklinin ictimailəşməsinə vəsilə olan şəxsdən də danışan S. Bəşirli qeyd edib ki, həmin insanı tanımır:

“Bütün hallarda çox sağ olsun. Öz minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da Sərvər Bəşirli ilə telefonda danışıb və göstərdiyi köməyə görə türk xalqı adından öz minnətdarlığını bildirib.

Gülşən Şərif

www.yenicag.az

1794
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv