!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sərxan: “Kimsə məni öldürmək istəyir?!“ - VİDEO

!Reklam – Yazi

Müğənni Rəqsanə İsmayılova və əri Fazil Əmiraslanovla aparıcı Sərxan Kərəmoğlu arasında qalmaqal səngimir. Sərxan Rəqsanənin ona yolladığı səsyazılarını paylaşdıqdan qalmaqal daha da böyüyüb.

Yenicag.az xəbər verir ki, Kərəmoğlu bu dəfə sosial şəbəkə hesabında açıqlama verib. O, heç kimi təhqir etmədiyini bildirib:

“Beş günlük dünyadır, kef edin. Birincisi, mən heç kimin ailə məsələsinə qarışmamışam, mənə sual veriblər, mən də cavab vermişəm. Demişəm ki, mən bu toya inanmamışam. Buna görə adamı öldürürlər, başına oyun açırlar, söyüş söyüb təhdid edirlər?!

“Bəzi “YouTube” videolarında qarşı tərəflər bir-birini təhqir edir”, – deyirlər. Heç kimi təhqir etməmişəm, dədəmin goru, belə şeylər mənlik deyil. Mənim Araz aşığımdan, Kür topuğumdandır. Heç kimdən qorxmuram, heç kimdən də çəkinmirəm. Ancaq polisdən, qanundan və Allahımdan qorxuram.

O ki qaldı səsyazılarını yaymağıma, nə etməliydim?! Mən öləndən sonra səsyazıları yayılmalı idi ki, kimsə məni öldürmək istəyir?!”

Qeyd edək ki, Sərxan “MTV maqazin”ə “Bu evliliyə inanmadım. Aysunun yanındakı bəyə inanmadım. Bilmirəm kim kimin oyununa gəlib, amma başdan ayağa oyun idi. Bu oyuna inanan da axmaq idi”, – deyə açıqlama vermişdi.

Həmin görüntüləri təqdim edirik:

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv