!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərxoş ana məktəbli qızını saçından tutub sürüdü - FOTO

!Reklam – Yazi

Alkoqollu içkinin təsiri altında qızına qarşı zorakılıq edən ana ona yönələn iradları vecinə almayıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, xoşagəlməz olay Rusiyanın Novosibirsk vilayətinin İskitim şəhərində qeydə alınıb.

İnsident haqqında məlumatı Rusiya İstintaq Komitəsi Regional İdarəsi rəhbərinin baş koməkçisi açıqlayıb.

Yerli sakinləri sosial şəbəkələrdə paylaşdıqları videoda sərxoş ananın məktəbli qızını saçından tutaraq arxasınca dartdığı və yenidən bir az əvvəl tərk etdiyi polis bölməsinə getdiyi görülür.

Ana barəsində inzibati protokol tərtib edilib. Başlanılan təhqiqatın nəticələrinə uyğun olaraq ananın hərəkətinə hüquqi qiymət veriləcək.

www.yenicag.az

684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv