!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərxoş şəxs toyda havaya atəş açdı: Zurnaçını düz ürəyindən vurdu - ANBAAN VİDEO

!Reklam – Yazi

Türkiyədə toyda havaya atəş açmaq adəti daha bir can alıb.

Yenicag.az “Oda Tv”yə istinadən xəbər verir ki, hadisə dünən axşam Osmaniyədə baş verib.

Toyda içki içib sərxoş olan Erol Coşkun oynayanların arasına girib. Coşkun havaya atəş açmaq üçün əlini göyə qaldıranda tapança açılıb. Tapançadan çıxan güllə isə toyda zurna çalan 4 uşaq atası Emrə Tıptaşın ürəyinə dəyib.

Həmin anların görüntüləri də ortaya çıxıb. Videodan görünür ki, ürəyindən vurulan Tıptaş bir az keçdikdən sonra yerə yıxılır.

Xəstəxanaya aparılan Tıptaşın həyatını xilas etmək mümün olmayıb.

Erol Coşkunun axtarışları isə davam edir.

www.yenicag.az

22381
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv