!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərxoş vəziyyətdə ərini öldürən qadın polisə təslim oldu - Ailə dramı

!Reklam – Yazi

Bir yerdə spirtli içki qəbul edən ər-arvadın mübahisəsi qətllə yekunlaşıb. 

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Yamal-Nen Muxtar Dairəsinin Noyabrsk qəsəbəsində yaşayan 34 yaşlı qadın ərini qətlə yetirmək ittihamı ilə həbs edilib.

İstintaq orqanının məlumatına əsasən, birlikdə spirtli içki qəbul edən cütlük arasında başlayan mübahisə daha da böyüyərək münaqişəyə çevrilib. Nəticədə qadın mətbəx bıçağı ilə ərinin döş qəfəsinə zərbə endirib.

Törətdiyi əməlin ağırlığını anlayan qadın ərinə ilkin tibbi yardım göstərsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadın bundan sonra yaxınlıqdakı polis bölməsinə gedərək təslim olub.

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv