!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO - YENİLƏNDİ

!Reklam – Yazi

Ukraynada müharibə davam edir.

Yenicag.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Ukrayna ordusu 5 istiqamətdə əks-hücum əməliyyatına cəhd edib. Nəticədə Donetsk və Xerson vilayəti istiqamətində müəyyən irəliləyişlər əldə olunub.

Qeyd edilib ki, Rusiya ordusu tərəfindən Xerson vilayətindəki Kaxovka su anbarı partladılıb. Bu səbəbdən Xerson və Zaporojye vilayətlərində ciddi fəlakət yaranıb.

“Dnepr çayının sağ və sol sahilində onlarla yaşayış məntəqəsi, həmçinin Xerson şəhəri su altında qalma təhlükəsi ilə üz-üzədir”, – deyə jurnalist əlavə edib.

O da bildirilib ki, Xerson vilayəti hərbi administrasiyasının rəhbərinin verdiyi məlumata görə, həmin ərazidən insanların təcili təxliyəsi həyata keçirilir.

Ətraflı videonu təqdim edirik:

***

11:36

Xerson vilayətinin sağ sahilində kritik zonada 16 min nəfər var. Artıq bəzi əraziləri su basıb.

Yenicag.az xəbər verir ki, bu barədə Xerson şəhər administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat yayıb.

Onun sözlərinə görə, Berislav rayonunun Tyaginka, Lvov, Otradokamenka, Xerson rayonunun İvanovka, Nikolskoe, Tokarevka, Ponyatovka, Belozerka yaşayış məntəqələri, Ostrov mikrorayonu ya tamamilə, ya da qismən su altında qalıb.

Prokudin bildirib ki, həmin yaşayış məntəqələrinin əhalisinin təxliyəsi hazırlanır. Onlar Nikolayev şəhərinə köçürüləcək.

Qeyd edək ki, Kaxovka SES-in bəndi bu gecə ruslar tərəfindən partladılıb. Su altında qalmaq təhlükəsi ilə üzləşən Dneprin sağ sahilində yaşayan sakinlərin təxliyəsi elan edilib.

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv