!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SES-in dağıdılması nəticəsində Oleşkidə azı 3 nəfər boğuldu

!Reklam – Yazi

Novaya Kaxovka SES-in bəndinin dağıdılması nəticəsində işğal altındakı Oleşki şəhərində azı üç nəfər boğulub.

Yenicag.az CNN-ə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Yevgeni Rişçuk bildirib. O, şəhərin ərazisinin 90 faizinin daşqın sularının altında qaldığını qeyd edib. Mer həlak olanların sayının dəqiq bilinmədiyini, lakin rəqəmlərin çox ola biləcəyini istisna etməyib.

Yevgeni Rişçuk qeyd edib ki, əksəriyyəti təqaüdçülər və yataq xəstələri olmaqla 3500-4000 nəfər hələ də Oleşkidə yaşayırdı.

O, xilasedicilərin daşqın zonasından minlərlə insanı təxliyə etməyə çalışdığını, bir çoxlarının xilas olmaq üçün evlərinin damına çıxdığını əlavə edib.

Mer Pravi, Solontsi kimi bəzi kəndlərin ərazisinin 100 faizinin su altında qaldığını qeyd edib.

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv