Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Səssiz qatil 11 nəfəri xəstəxanalıq etdi - AZƏRBAYCANDA DƏHŞƏT- VİDEO

Son iki gün ərzində Sumqayıtda 11 nəfər dəm qazından zəhərlənib. Onlar Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına yerləşdiriliblər.

Dəm qazından zəhərlənmə hallarının artması əhali arasında narahatlığa səbəb olub.

Məsələ ilə bağlı Yenicag.az “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayevə müraciət edib. Şöbə rəisi bu kimi halların artmasının səbəbini insanların təbii qazdan düzgün istifadə etməməsi ilə əlaqələndirib:

“Hər hansı bədbəxt hadisənin baş verməməsi üçün təbii qazdan düzgün istifadə etmək lazımdır”.

Azad İstehlakçılar Birliyinin Kommunal Təsərrüfat üzrə mütəxəssisi Nüsrət Qasımov isə saytımıza açıqlamasında dəm qazından zəhərlənənlərin sayının artmasını insanların qazla laqeyd davranışı ilə izah edib:

“Bakıda şiddətli küləklər əsir. Tüstü bacası vaxtlı-vaxtında təmizlənmir. Nəticədə dəm qazı içəri dolur. İnsanlar laqeydlik edir. Qazı yanılı qoyub yatmaq olmaz. Onlar qazın qanunlarına məhəl qoymurlar. Qaz dostumuzdur, lakin ona laqeyd olanda, qəddar düşmənə çevrilir. Malımızı-mülkümüzü, canımızı əlimizdən alır.

Sovet vaxtı Yanğından Mühafizə İdarəsinin tərkibində könüllülərdən ibarət xüsusi qurum var idi. Onlar qapı-qapı gəzib insanlara qazdan necə istifadə etməyi başa salırdı, tüstü bacalarını təmizləyirdi. İndi buna baxan da yoxdur”.

Cəvahir

www.yenicag.az

8599
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM