!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şestoy Vüsal”a hökm oxundu - VİDEO

!Reklam – Yazi

Bakıda üzərində tapança gəzdirdiyinə görə saxlanılan kriminal dairələrdə “Şestoy Vüsal” adı ilə tanınan Vüsal Əliyevə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, bu ilin fevral ayında saxlanılan 1987-ci ildə Bakı şəhərində anadan olmuş Vüsal Əliyev Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyib.

O deyib ki, həbs olunana qədər Bakıda kafe işlədib və taksi fəaliyyəti ilə məşğul olub. Evdən yoldaşı ilə çıxaraq, yolüstü “Rahat” marketin qabağındakı aptekə girib. Aptekdən çıxıb yolunu davam etmək istəyəndə 3-4 nəfər mülki geyimdə tanımadığı şəxslər ona yaxınlaşıb və polis şöbəsinə getməli olduqlarını bildiriblər. Bu zaman onlara etiraz edib. Üzərindən isə silah çıxmayıb.

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Məhkəmədə bildirilib ki, təqsirləndirilən şəxs özünü müdafiə etməsi üçün bu sözləri deyir.

Məhkəmənin hökmü ilə Vüsal Əliyev Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, bu ilin fevral ayının 18-də sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşdığına görə Vüsal Əliyev saxlanılıb. Kriminal dairələrdə “Şestoy Vüsal” adı ilə tanınan şəxs tutulan zaman üzərindən 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Vüsal Əliyev odlu silah-sursatı zibillikdən tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv