!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səsvermənin nəticəsi açıqlandı - Boris Conson vəzifədə qalır?

!Reklam – Yazi

Böyük Britaniya Parlamentində Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının parlament qrupunda etimad səsverməsi keçirilib. Səsvermədən öncə Conson 18:00-da qapalı iclasda partiyasının deputatlarına müraciət edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniyanın hakim partiyasının deputatları Consonun istefası üçün 2 saat ərzində səs veriblər.

Səsvermə nəticəsində Mühafəzəkarlar Partiyasının 211 üzvü Boris Consonun Baş nazir olaraq lehinə, 148 üzvü isə əleyhinə səs verib.

Qeyd edək ki, Consonun vəzifədə qalması üçün azı 180 səs lazım idi.

Xatırladaq ki, Nazirlər Kabinetinin əməkdaşı Syu Qrey tərəfindən aparılan daxili araşdırma nəticəsində 2020-2021-ci illərdə koronavirus məhdudiyyətləri zamanı Boris Consonun iqamətgahında keçirilən ziyafətlər barədə məlumatın ortaya çıxması hazırkı Baş nazirə qarşı narazılığı artırıb. O, ziyafətlərdən birinə qatıldığı üçün cərimə ödəyərək üzrxahlıq etsə də, müxalifətin tələbi ilə istefa verməyib və heç kimi işdən çıxarmayıb.

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv