Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Səudiyyə kralı Qətəri parçalayacaq Ailə ilə anlaşdı - Şeyx xalqı üsyana çağırdı

Qətərdə işlər dəyişir. Yenicag.az xəbər verir ki, bu dəqiqələrdə Səudiyyə Ərəbistanından Qətər xalqına müraciət edən Şeyx Abdullah ibn Əli ibn Casim Əl-i Sani vətəndaşları inqilaba çağırıb.

Hazırki hakimiyyətdən öncə Qətərin rəhbərliyini əlində saxlayan Abdullah ibn Alinin ailəsi ölkədə ikinci böyük nüfuza sahib qrup hesab olunur.

“Başqa xalqların işinə qarışırıq və Qətəri fəlakətə aparırıq” deyən, Şeyx sona qədər mübarizə aparacağını bildirib.

Qeyd edək ki, Qətərə qarşı embarqo tətbiq edən ölkələr uzun müddətdən bəri mövcud hakimiyyəti yıxmaq üçün bu ölkədəki qəbilələrlə iş aparırdılar.

Görünən odur ki, ABŞ və Səudiyyə Ərəbistanı Qətərdə hakimiyyət dəyişikliyinin formulunu artıq əldə ediblər, qalıb içəridən çevriliş edərək, missiyanı tamamlamaq.

Qeyd edək ki, qətərli hacıların Qurban bayramını Məkkədə qeyd edib, həcc ziyarətini tamamlamaları da Şeyx Abdullahın Səudiyyə Ərəbistanı kralı ilə dialoqu sayəsində olmuşdu.

 

Loading...

www.yenicag.az

5951
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100