!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyə şahzadəsinin sui-qəsd qorxusu: “Bunu etsəm, məni öldürərələr”

!Reklam – Yazi

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ Konqresinin üzvlərinə ölkəsinin İsraillə münasibətləri normallaşdırması ilə bağlı danışıqlara görə öldürülə biləcəyini deyib.

Yenicag.az xəbər verir ki, Amerikanın “Politico” nəşrinin yazdığına görə, şahzadə bin Salman həyatından narahat olduğunu və İsraillə razılaşmanın Fələstin dövlətini də əhatə etməli olduğunu bildirib. Səudiyyə şahzadəsinin 1981-ci ildə İsraillə müqavilə bağladıqdan sonra öldürülən Misirin keçmiş prezidenti Ənvər Sədatı da misal çəkdiyi bildirilib.

Xəbərdə “Şahzadə bin Salman Səudiyyə Ərəbistanına İsraillə münasibətləri yaxşılaşdırmaq üçün təzyiq edən ABŞ-ı ölkəsi üçün daha uyğun bir razılaşmaya inandırmağa çalışır” şərhi verilib.

Qeyd edək ki, oktyabrın 7-də Qəzzaya hücumlar başlamazdan əvvəl Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma danışıqları davam edirdi. İsrail bundan əvvəl ABŞ-ın vasitəçiliyi ilə bəzi ərəb ölkələri ilə münasibətləri normallaşdırmışdı.

“Politico” xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında gizli danışıqlarda müzakirə edilən normallaşdırma sazişinə Ər-Riyadın nüvə proqramı və texnologiyaya sərmayə qoyuluşu müqabilində Çinlə məhdudlaşdırıcı sazişlər də var.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv