!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sevda həmkarının məzarı başında göz yaşı tökdü: “Yaralı Aslanım…” - FOTO

!Reklam – Yazi

“Allah sənin yerini cənnət etsin, yaralı Aslanım…”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Sevda Kazımova bu gün vəfatından bir il ötən mərhum həmkarı Aslan Hüseynovla bağlı kədərini bölüşərkən deyib.

Aslanın məzarı başında göz yaşı tökən sənətçi onun yoxluğu ilə barışa bilmədiyini bildirib:

“Əziz Aslanım, bu etibarsız dünyadan elə tez uçub getdin ki… Bu gün sənin bu etibarsız dünyanı tərk etdiyin gündür. Görəsən, heç ydına düşürük? Çox sənsizləşmişəm, sən demə, səni sevənlər lap çoxuymuş. Yerin çox boş görsənir, canım Aslan. Böyük bir boşluq yaratdın bizim cameədə. Məncə, sənin ruhun hər şeyi görür. Sən hər gün mənim yanımdasan, hər gün. Allah sənin yerini cənnət eyləsin, yaralı Aslanım”.

Qeyd edək ki, Aslan Hüseynov ötən ilin bu günündə Qaradağ rayonunda ağır yol-nəqliyyat qəzasında dünyasını dəyişib. Pandemiya səbəbindən Moskvada olan müğənni anasının yas mərasimində iştirak etmək üçün Bakıya gəlmişdi.

Cəvahir

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv