!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Sevgi hissi artacaq, nifrət azalacaq?.." - Nuradan sərt MÜNASİBƏT

!Reklam – Yazi

“Bütün dünyada hamı qadın-kişi bərabərliyindən danışır. Yəqin bir gün belə də olacaq”.

Yenicag.az xəbər verir ki, bunu müğənni Nura Suri sosial şəbəkə hesabındakı paylaşımında deyib.

Müğənni gender bərabərliyinin nələrə yol aça biləcəyini qeyd edib:

“Qadınlar da fəhləlik edəcək, yük maşınları idarə edib, yük daşıyacaqlar, müharibələrdə əsgər qadınlar çoxluq təşkil edəcəklər. Qadın prezidentlər, nazirlər, siyasətçilər də dünyanı idarə edəcəklər”.

Sənətçi izləyicilərindən bərabərlik olduğu halda nələrin dəyişə biləcəyini də soruşub:

“Bütün bunlar olduqdan sonra nə dəyişəcək? İnsanların qəlbində sevgi hissi artacaq, nifrət azalacaq? İnsanların dəyəri onların yaratdıqları əşyalardan daha üstün olacaq? Nə dəyişəcək axı?”.

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv