Sevgilisini öldürən azərbaycanlı qadına ağır cəza

Türkiyənin Konya şəhərində birlikdə yaşadığı kişini öldürən azərbaycanlı qadının məhkəməsi olub.

Yenicag.az xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində Aysel Eşme adlı qadına 16 il 8 ay həbs cəzası verilib. Məhkəmədə son sözünü deyən Aysel insanlara zərər verən biri olmadığını bildirib. O, bu səbəbdən bəraət tələb edib.

Qeyd edək ki, hadisə baş verməmişdən öncə 28 yaşlı qadın uşağının hərəkətsiz olduğunu görüb. Xəstəxanaya aparılan körpəyə boğulma diaqnozu qoyulub. Aysel isə sevgilisindən şübhələnərək onu maşında bıçaqlayıb. Ümit Göker xəstəxanada ölüb.

Emin