!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sevgini pulla ölçən Vəfa: “Heç bir bəyin quru sözünə aldanmamışam”

!Reklam – Yazi

 

“Pul insanın xoşbəxtlik hormonlarını oyadır, hörmətsizi hörmətli, dəyərsizi dəyərli edir”.

Yenicag.az xəbər verir ki, bu sözləri maddiyyatın əhəmiyyəti haqda danışan müğənni Vəfa Şərifova “Xəbərin var” verilişində deyib.

O, əsl sevginin pulla ölçüldüyünü bildirib:

“Bəziləri bəlkə də məni qınayacaq ki, nə pulgirdir… Qadın sevgini elə hədiyyə ilə ölçməlidir. Bəzən iki-üç ildir, sevgilisi olan qadınlarla ünsiyyətdə oluram. Amma adamın on dənə evi olsa da, kirayədə yaşayır. Burada hansı sevgidən söhbət gedə bilər? Heç bir sevgidən! Yəni sevgini bəzən maddiyyatla ölçmək lazımdır”.

Sənətçi quru sözlərə aldanmadığını da deyib:

“Bəyi ilk növbədə maddiyyatla sınaqdan keçirərəm. İnsan üçün ən dəyərli şey zamandır. O zamanı da pul üçün xərcləyirsən. O pulu kimə xərcləyirsən, bu da vacibdir.

Ona görə də heç bir bəyə aldanmamışam. Sözə, ümumiyyətlə, aldanmamışam. Pul insanın xoşbəxtlik hormonlarını oyadır. Hörmətsizi hörmətli, dəyərsizi dəyərli edir, pul çox vacibdir”.

Nehru

www.yenicag.az

2060
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv