!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sevgisindən yarımadı, ömürlük subay qaldı - Məşhur rejissorla BAĞLI GİZLİNLƏR

!Reklam – Yazi

“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Alma almaya bənzər”, “Arxadan vurulan zərbə”, “Birisigün, gecəyarısı”… Azərbaycan kinosunun nadir incilərindən sayılan bu filmlərin adını təsadüfən xatırlamadım.

Milli kinomuzun digər ən gözəl nümunələrini yaradan tanınmış rejissor Arif Babayevin bu gün doğum günüdür.

Dostları onu əsl sənət fədaisi kimi xatırlayır. Qəlbi kino ilə döyünürdü Arif Bababyevin… Xaraktercə sakit, qaradinməz olan bu insanın içərisi sənət eşqi ilə qaynayırdı. Zamanını çəkiliş meydançasında keçirən rejissor daha neçə-neçə gözəl filmlərə quruluş verəcəkdi. Amma ömür vəfa etmədi. Həyatının, yaradıcılığının ən parlaq dönəmində – 54 yaşında həyatla vidalaşdı.

Xoşbəxt sənət taleyi yaşayan Arif Babayev şəxsi həyatında bu xoşbəxtliyin dadını çıxara bilmədi. Nə sevgisindən yarıdı, nə də sevdiyindən… Çevrəsində ona aşiq olan qızların sayı-hesabı olmasa da, o, könlünü yalnız bir xanıma bağışladı. Amma tale onun üzünə gülümsəmədi. Sevdiyi qız başqa bir insanla ailə həyatı qurdu. Şəxsi həyatının ilk zərbəsini alan rejissor ömrünün son günlərinə qədər bu sevgini unuda bilmədi. Nakam sevgisinin ağrısını sona qədər yaşadı və özü ilə məzara daşıdı.

Arif Babayev milli kinomuzun şedevrlərini yaratsa da, sənət dünyasında layiq olduğu adı ala bilmədi. Çoxları onu Xalq artisti kimi tanısa da, əslində haqqı çatan fəxri adla təltif olunmadı. Amma xalqın yaddaşında Azərbaycan kinosunun misilsiz nümunələrini yaradan məşhur rejissor kimi qaldı.

Bu gün də yaşayır Arif Babayev. Hər dəfə ekranlarda onun quruluş verdiyi məşhur filmlərimizi görəndə elə özünün də aramızda olduğunu, yaşadığını düşünürük. Çünki bu ölməz filmlərin müəllifi də ölməzdir.

Cəvahir

www.yenicag.az

913
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv