!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sevil xanım milli-azadlıq hərəkatına qoşulan ən fəal və cəsarətli xanımlardan biri idi” - Keçmiş nazir

!Reklam – Yazi

“O, istənilən şəraitdə öz sözünü cəsarətlə deyir, kimisə tənqid etməkdən çəkinmirdi”.

Bu fikirləri ötən gün vəfat edən milli-azadlıq hərəkatının fəali iştirakçılarından biri olmuş Sevil Cahani haqqında danışan keçmiş təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Sevil Cahani heç bir halda haqlı saydığı mövqeyindən bir addım da geri çəkilməzdi:

“Milli-azadlıq hərəkatında iştirak etmiş insanların əksəriyyəti Sevil xanımı çox yaxşı xatırlayır. Doğrudur, onu uzun müddətdir, görmürdüm, əlaqəmiz yox idi. Ancaq Sevil xanım hərəkat dönəmində özünü çox cəsur insan kimi göstərmişdi və hər zaman xatırlanırdı.

Qeyd edim ki, o, istənilən şəraitdə öz sözünü cəsarətlə deyir, kimisə tənqid etməkdən çəkinmirdi. Xüsusilə, o zamankı kommunist rəhbərliyin ünvanına sözünü ən açıq formada dilə gətirirdi. Yəni istənilən şəraitdə öz sözünü cəsarətlə deyir, kimisə tənqid etməkdən çəkinmirdi.

Sevil Cahani 1988-ci il fasiləsiz noyabr-dekabr mitinqlərindən sonra həbs edilənlər arasında idi. Ümumiyyətlə, o cəsur qadın hərəkat dönəmində bir neçə dəfə həbs olunsa da, mövqeyini dəyişməmişdi. Yenə deyirəm, Sevil xanım milli-azadlıq hərəkatına qatılan ən fəal və cəsarətli xanımlardan biri idi.

Onun vəfat etməsi xəbərinə çox üzüldüm. Allah rəhmət eləsin, yeri Cənnət olsun. Sevil xanım kimi cəsur xanımlar çox az yetişir. Ruhu şad olsun”.

A.Zeynalov

www.yenicag.az

886
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv