!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sevimli klubu çempion olan azarkeş evini görün nə hala saldı - FOTO

!Reklam – Yazi

Çanaqqalada yaşayan “Qalatasaray” azarkeşi Mustafa Özdəmir sevimli komandasının 23-cü dəfə Türkiyə Super Liqasının çempionu olması şərəfinə evini sarı-qırmızı rəngə boyayıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, 67 yaşlı “Qalatasaray” fanatı iki mərtəbəli evinin çölünə klubun loqosunu və 4 ulduzla birlikdə “Cim Bom Mustafa” yazdırıb.

Mustafa Özdəmir açıqlamasında 13 yaşından “Qalatasaray” futbol klubuna azarkeşlik etdiyini bildirib:

“Qalatasaray”a sevgim 13 yaşımdan başlayıb. Ona görə də evimi sarı və qırmızı rənglərə boyadım. Sarı və qırmızı artıq mənim canıma hopub. Ondan vaz keçə bilmirəm. Bu il Cümhuriyyətin 100 illiyində çempionluq bizim üçün ayrı önəm daşıyır”.

Sadiq Cavadov

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv