!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş redaktora ittiham irəli sürüldü - YENİLƏNDİ

!Reklam – Yazi

“Abzas Media” saytının baş redaktoru Sevinc Vaqifqızına cinayət işi açılıb. 

Yenicag.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, ötən gün “Abzas Media”nın direktoru Ülvi Həsənli də saxlanılıb. Onun barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Vəkil Elçin Sadıqov bildirib ki, hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara bu gün Xətai rayon məhkəməsində baxılacaq.

***

10:30

“Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

S.Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.

Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv