!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sevincdən SƏS-KÜYLÜ AÇIQLAMA: "Qaşını alan kişilərə..."

!Reklam – Yazi

“Əks cinsin etdirdiyi plastik əməliyyatlara, estetik prosedurlara normal baxıram. Bunda pis nə var ki?”

Bunu müğənni Sevinc Ağaşirinova Yenicag.az- a açıqlamasında deyib.

Sənətçi bunu özünəbaxım kimi dəyərləndirib:

“Kişilərin estetik prosedurlar etdirməsi cəmiyyətdə təpki ilə qarşılanır. Həmin insanlar sərt qınaq atəşinə tuş gəlir. Axı niyə? Mən bunun əleyhinəyəm və əks cinsin daha xarizmatik görünmələri üçün estetik prosedurlar etdirməsinə pis baxmıram. Buna görə heç kimi də qınamıram. Bura saç əkimindən tutmuş, qaşalma, üzə dolğu etdirmək və s. prosedurlar daxildir. Hər kəs baxımlı görünmək istəyir. Bu, xanımlara da, kişilərə də aiddir. Sadəcə olaraq, hər şey öz qədərində olmalıdır. Hədd aşılanda bu, kənardan da xoş qarşılanmır. Yalnız bəylər deyil, elə xanımlar da plastik və estetik prosedurlar etdirdikləri zaman əndazəni aşmamalıdır”.

Cəvahir

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv