!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sevincim sonsuzdur” - Bu məşhurların övladları tələbə oldu

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 21-22 may 2022-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Yenicag.az xəbər verir ki, ali məktəblərə qəbul olunanlar sırasında məşhurların da övladları var.

Tanınmış müğənni Nurlan Əzizbəylinin yeganə övladı olan Mehran tələbə adını qazananıb. Sənətçinin oğlu Universitetə qəbul olub.

Sənətçi sevincini belə ifadə edib:

“Sevincimin həddi-hüdudu yoxdur. Gözümün ağı-qarası olan Mehranım ali məktəbə daxil oldu. Bütün arzusunda olan valideynlərə bu sevinci dadmaq nəsib olsun, İnşallah”.

Rejissor Nail Naiboğlunun qızı Nailə də qəbul imtahanında yüksək nəticə toplayaraq tələbə adını qazanıb.

“Sevincim sonsuzdur, qızım 634 balla tələbə oldu. Bu sevinci yaşayan hər kəsi təbrik edirəm! Arzulayanlara qismət olsun!”- deyən rejissor təəssüratlarını bölüşüb.

Cəvahir

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv