Şəxsi istifadə üçün gətirilən mobil telefonların satışına QADAĞA

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə şəxsi istifadə üçün Azərbaycana gətirilən mobil telefonlar satışının qarşısını almaq niyyətindədir.

Yenicag.az-ın məlumatına görə, bunu “Azərbaycanda elektron ticarət: cari vəziyyət və inkişaf perspektivləri” adlı konfrans zamanı Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev deyib.

Onun sözlərinə görə, şəxsi istifadə üçün Azərbaycana gətirilən mobil telefonlar kommersiya məqsədilə istifadə oluna bilməz:

“İndi bazarda vəziyyət elədir ki, telefonların satışı ilə məşğul olanlar barədə məlumat əldə etmək mümkün deyil. Dünən sifariş olunan 20-30 ədəd mobil telefon bu gün artıq satışa çıxır. Biz nazirliklə birgə ölkəyə gətirilən telefonların kommersiya satışı hallarının qarşısını almaq üçün layihə həyata keçiririk. Müvafiq tapşırıqlar dövlət başçısı tərəfindən verilib”.

Nazir müavini əlavə edib ki, bu vəziyyəti poçt və logistika xidmətlərini təkmilləşdirməklə dəyişmək olar:

“Eyni zamanda müştərilərin məmnunluğunu təmin etmək lazımdır. Elə etmək lazımdır ki, Azərbaycanın elektron ticarəti dünya e-ticarət bazarına töhfə versin”./Trend/

COP29