!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəxsi vəsaitlərin xərclənməsinə qoyulan MƏHDUDİYYƏT: “Yeganə çıxış yolu Gəlir Bəyannaməsinin təşkilidir”

!Reklam – Yazi

“Dövlət tərəfindən vətəndaşın öz şəxsi vəsaitinin xərclənməsinə bu tipli məhdudiyyətlər qoyulması doğru deyil”.

Bu sözləri Azərbaycan Mərkəzi Bankın yerli banklar tərəfindən xaricdə pulun nağdlaşdırılması üzrə aylıq limit təyin etməsinə münasibət bildirən iqtisadi ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında qeyd edib.


O bildirib ki, ölkədə çirkli pulların yuyulması, korrupsiya və digər bu kimi halların qarşısını almaq üçün Gəlir Bəyannaməsi təşkil edilməlidir:

“Əslində Mərkəzi Bankın bu qərarı korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması və bu kimi bir neçə faktorun qarşısını alınmasıyla izah olundu və qaydalara bu cür dəyişiklik edildi. Amma burada incə bir hüquqi məqam var. Belə ki, Konstitusiya Məhkəməsi bu cür məsələlərlə bağlı qərar qəbul edilməzdən öncə rəy irəli sürsə, çox yaxşı olardı.

Əgər bankda olan vəsait vətəndaşın özünə aiddirsə, dövlət onun xərclənməsinə nədən və necə məhdudiyyət qoya bilər? Bizdə problem ondan ibarətdir ki, ölkədə uzun müddətdir ki, Gəlir Bəyannaməsi məsələsi hələ tam şəkildə həllini tapmayıb. Əsas problem də elə budur. Əgər hökümət çirkli pullarla mübarizə aparmaq istəyirsə, Gəlir Bəyannaməsi ölkəyə bu anlayışı gətirməlidir. Hansı ki, 25 il bundan qabaq bununla bağlı bir qərar verildi, amma yerinə yeirilmədi.

İnsanların Gəlir Bəyannaməsi mövcud olarsa, vəsaitlərin xərclənməsinə dövlət hər hansısa məhdudiyyət qoya bilməz. Əgər söhbət çirkli pulların yuyulmasından, hər hansısa qeyri-qanuni dövriyyədən gedirsə, bunun yeganə çıxış yolu sözügedən bəyannamənin təsis edilməsidir. Vətəndaş nə qədər pul qazanırsa, onu həmin sənəddə bəyan edir. Buna uyğun olaraq da xərcləmələri həyata keçirir. Yəni dövlət tərəfindən insanın öz şəxsi vəsaitinin xərclənməsinə dövlətin bu tipli məhdudiyyətləri qoyması doğru deyil. Bu da müəyyən problemlər yaradır”.

Yusif Səmədzadə

www.yenicag.az

675
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv