Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Şeydayev "Qarabağ"a transferindən danışdı

Reklam: Sinerji Pro

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino üzərində qazandıqları qələbəni şərh edib.

Yenicag.az xəbər verir ki, gənc forvard 5:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib: “Qələbə qazandığımıza görə şadam. Mən də, komandamızın digər üzvləri də özlərini çox yaxşı hiss edirlər. Düzdü, qol vurmaq imkanlarım oldu, lakin istifadə edə bilmədim. Bəlkə də ustalıq səviyyəm çatmadı”.

Şaydayev bundan başqa “Qarabağ”a keçidindən də danışıb. “Azərbaycan çempionatı Slovakiyadan heç də geri qalmır. Sadəcə, bizdə komandaların sayı azdır. “Qarabağ”da transferim özümü sübut etmək baxımından əla fürsətdir. Sözsüz ki, bura gələndə atamla da məsləhətləşdim. Bundan başqa “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı da seçimimdə rol oynadı. Sadəcə, rəqabət aparmaq lazımdır. Komandamızda güclü hücumçular var”, deyə gənc hücumçu bildirib.

Emin

www.yenicag.az

2530