!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seyran Ohanyan dindirildi

!Reklam – Yazi

Ermənistanın keçmiş müdafiə naziri və “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan ölkənin Milli Təhlükəsizlik Xidmətində dindirilib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Joxovurd” qəzeti yayıb.

Məlumata görə, Ohanyan onun barəsində başladılan cinayət işi çərçivəsində dindirilib.

Xatırladaq ki, daha əvvəl Ermənistan parlamenti Seyran Ohanyanı deputat toxunulmazlığından məhrum edib. Ohanyan nazir olduğu dövrdə hərbi hissələrin ərazilərini qanunsuz şəkildə satmaqda və vəsaitləri mənimsəməkdə ittiham olunur. Nəticədə Ermənistan hökumətinə 5,9 milyard dram (təqribən 254 min AZN) həcmində zərər dəydiyi bildirilir.

Qeyd edək ki, S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olaraq çalışıb.

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv