!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şeyx əsəbiləşdi: "Bu finti-firuş qızları ora kim çıxarır?"

!Reklam – Yazi

“Verilişinə qonaq çağırıb, özü sual verir, özü də danışır”.

Yenicag.az-a açıqlama verən xalq artisti, tanınmış rejissor Əbdül Mahmudbəyov aparıcıları sərt tənqid edib.

O, bəzi aparıcıların qeyri-peşəkar olduğunu, qonaqlarına hörmət etmədiyini bildirib:

“Efirə qonaq dəvət edir, özü sual verir, özü danışır, yazıq qonağın ağzını açmasına imkan bilmir. Yenə məntiqlə danışsa, dərd yarıdır. Mövzudan xəbəri belə yoxdur. Bir dəfə məni kino ilə bağlı verilişə çağırmışdılar, aparıcı imkan vermədi ki, sualı cavablandırım. Əsəbiləşib verilişi tərk etmək istəyəndə yalvar-yaxar edib geri qaytardı. Bir nöqsan da bu aparıcıların oturuş-duruşlarını bilməmələridir. Efir mədəniyyətindən xəbərləri yoxdur. Divan qalıb, kreslonun qoltuğunda oturur. Bu ədəbsizlikdir. Adını aparıcı qoyan şəxsin diksiyası normal olmalıdır ki, tamaşaçı nə dediyini anlaya bilsin. Bir-iki telekanalda hava proqramının aparıcısı var, nə deyir başa düşmək olmur. Bu finti-firuş qızları ora kim çıxarır, niyə çıxarır, ayıbdır vallah”.

Cəvahir

www.yenicag.az

1024
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv