!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şeyxdən “Atabəylər” layihəsinə SƏRT TƏPKİ: “Mədəniyyət naziri ona-buna milyonlarla pul töküb...”

!Reklam – Yazi

“Azərbaycanlılar o qədər gözəl filmlər çəkib ki… İndi qıraqdan adamlar gətirib Azərbaycanda tarixi film çəkirlər. Mədəniyyət Nazirliyi də tərəfdaşlıq edir. Nazirin özünə də dəfələrlə demişəm, yazmışam. Çörəyi çörəkçiyə verərlər, amma vermirlər”.

Bunu Azərbaycanda ilk dəfə çəkiləcək “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı tarixi bədii televiziya filmi ilə bağlı xəbərə münasibət bildirərkən tanınmış rejissor, Xalq artisti Əbdül Mahmudbəyov Yenicag.az-a açıqlamasında deyib.

Şeyx tarixi filmlərin çəkilməsi üçün Azərbaycanda yetərincə potensial olduğunu bildirib:

“Azərbaycanda rejissor da, kino da, əsər də var. Sadəcə olaraq, ucuz ətin şorbası olmaz. Həmişə özümüzü kimlərinsə yanında ayağa vermişik. Azərbaycanda kino olanda heç türklər kino nədir bilmirdi. Kino çəkmək üçün peşəkar komanda və maddi-texniki baza olmalıdır. Bunların biri olub, digəri olmayacaqsa, o kino deyil, şapalaqla üz qızartmaq olacaq. Oradan-buradan adam gətirib, hansısa əcnəbi rejissorlara, prodüserlərə milyonlarla vəsait xərcləyirlər. Amma Şah İsmayıl Xətaiyə həsr olunan filmə pul verən olmadı, çəkilişi dayandırdılar. Anadilli dövlət yaradan tarixi şəxsiyyətlərimiz qala-qala, bunlar kino çəkib mənasız qılınc davası göstərirlər”.

Rejissor əlində hazır ssenarinin də olduğunu deyib:

“Əlimdə hazır ssenari var. Şah İsmayıl Xətai türkçülük dövlətinin yeganə şəxsiyyətidir ki, məhz anadilli türk dövləti yaradıb.
Tarixi mövzuda film çəkirlərsə, tarixi həqiqətlər təhrif olunmasın. Söhbət türk dünyasının dövlətçilik tarixindən gedirsə, faktlar ortaya qoyulmalıdır. Şah İsmayıl Xətai mütləq öndə olmalıdır. Arxasınca da Ağa Məhəmməd Şah Qacar və Nadir Şah … Bunlar hamısı bizim tariximizdir, qalanlar hamısı nağıl, dastandır”.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək. AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq. İlk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır. Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək serialın ilk mövsümünün 24 bölümdən ibarət olması nəzərdə tutulub.Çoxseriyalı televiziya filminin çəkilişi Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılan yeni prodakşn – “Şahdağfilm”ə həvalə olunub.

Cəvahir

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv