!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şeyxdən nazirə HƏDİYYƏ: “Qoydum stolunun üstünə, dedim ki...”

!Reklam – Yazi

Tanınmış aktyor, rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyli uzun illər yazdığı Şah İsmayıl Xətai və Ağa Məhəmməd Şah Qacar haqqında ssenarini mədəniyyət nazirinə hədiyyə edib.

Bunu Yenicag.az-a açıqlamasında rejissor özü bildirib:

“Vaxtilə istehsalata buraxılan, amma çəkilişləri yarıda dayandırılan filmimin ssenarisini, eləcə də Ağa Məhəmməd Şah Qacar haqqında digər ssenarini mədəniyyət nazirinə hədiyyə etdim. Ssenariləri stolunun üstünə qoydum. Özünə də bildirdim ki, bu film tarixi janrda çəkiləcək və filmə rejissorluq etmək fiziki gücüm xaricindədir. Kimə həvalə olunsa, o da ərsəyə gətirsin.

Mən filmdə bədii rəhbər və məsləhətçi kimi iştirak edə bilərəm. Hələ ki, kinostudiyanın texniki təchizatı buna cavab vermədiyi üçün çəkilişlərin nə vaxt baş tutacağını bilmirəm. İnşallah ki, uzun illərdən sonra nəhayət, bu tarixi filmin istehsalı gerçəkləşəcək”.

Cəvahir

www.yenicag.az

743
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv