!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şeyxdən QƏZƏBLİ AÇIQLAMA: “Azərbaycanı talayan biznesmenlər pulu onlara verir” – VİDEO

!Reklam – Yazi

“Azərbaycanı çapıb-talayan biznesmenlər, sponsorlar da elə pulu onlara verir”.

Bunu efir məkanında baş alıb gedən komik verilişlərlə bağlı tənqidi fikirlərini bölüşərkən tanınmış rejissor, Xalq artisti Əbdül Mahmudbəyli Yenicag.az-a açıqlamasında deyib.

Şeyx həmin aktyorların efirlərdən uzaqlaşdırılmasını tələb edib:

“Bu gün Azərbaycanda “gülməli” artistlər baş alıb gedir. İnsanların zövqünü, intellektini ucuz, əttökən “komedixana”larla elə korlayıblar ki… Hamı gülməli artist olub. Özü də kimə gülür, kimi güldürürlər, hansı obrazlara girirlər heç bilən də yoxdur. O tip Azərbaycanda insan yoxdur, bu obrazları haradan tapıb düzəldirlər bilmirsən. 40-50-ci illərdə Lütfəli Abdullayev, Nəsibə Zeynalovanın yaratdığı tipajları bugün gündəmə gətiriblər. Hamısı da eyni sifət adamlar. Bunlar fikrləşmir ki, insanlar artıq bunlara nifrət edir. Eyni sifəti efirdə-ekranda nə qədər görmək olar? Özü də eybəcər bir görkəmdə. Bununla bağlı mədəniyyət nazirinə müraciət də etmişdim ki, gəlin parodiyaçıların müsabiqəsini keçirək, ən yaxşı akytorları seçək, qalanlarına da qadağa qoyulsun. Onları efirə buraxmaq lazım deyil. Azərbaycanı çapıb-talayan biznesmenlər, sponsorlar da pulu onlara verir”.

Cəvahir

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv