!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şeyxin general yeznəsi vəfat etdi

!Reklam – Yazi

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev vəfat edib.

Yenicag.az-ın məlumatına görə, o, 69 yaşında dünyasını dəyişib.

Şərif Əsədullayev 1955-ci ildə anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisi, 2001-ci ildən isə baş idarələrin rəis müavini vəzifələrində çalışıb. 2014-cü ilin yanvar ayının 23-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona “polis general-mayoru” ali xüsusi rütbəsi verilib. Ş.Əsədullayev daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3, 2, 1-ci dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona “polis general-mayoru” ali xüsusi rütbəsi verilib. O, 2017-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır. /yenisabah

www.yenicag.az

120
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv