!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şeyxin mühafizəçisinin adı milyonluq dələduzluq işində hallanır – İSTİNTAQ MATERİALI

!Reklam – Yazi

Cinayət müqabilində verilən cəza həm ədalət mühakiməsi deməkdir, həm də cinayətkarın islah olunmasına hesablanıb.

Hüquqi ədalət törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini də nəzərə alır. Əgər qanunla törədilən əməldə böyük cinayət tərkibi yoxdursa, kəsilən cəza yüngülləşdirilir.

Cinayət hüququnda bu, şərti məhkumetmə kimi xarakterizə edilir.

Şərti məhkumetmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur.

Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir.

Lakin görünür kimlərsə ona əyin edilən sınaq müddətində nəinki islah olunmaq, əksinə əməllərinin miqyasını genişləndirmək üçün fəaliyyət göstərir.

Azərbaycanda bu cür hallar qeydə alınır, onlardan biri haqqında bəhs edəcəyik.

Oxu.Az istintaq materiallarına əsasən, həmin məsələni təqdim edir.

Hər şey ondan başlayır ki, 1971-ci il təvəllüdlü, Şəmkir rayonunda anadan olan, Bakıda yaşayan L. 2014-cü ilin aprelində işə düzəltmək adı ilə aldatdığı adamdan 9000 manat pul alır.

Onun vəd etdiyi iş yeri isə prestij və nüfuz baxımından xoş səslənirdi. Bir sözlə, L. aldatdığı adama məmur yeri vəd edir, onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə əmin edir.

Ancaq dələduzluqla əldə etdiyi pullar onun tamahını daha da gücləndirir, artıq L. işini də böyüdür, özünə dəstə də düzəldir. Bu dəstə ilə koordinasiyalı şəkildə dələduzluğun çevrəsini genişləndirir, kimlərisə aldatmaq üçün yeni-yeni iş yerləri barədə düşünür.

2016-cı ilin aprelində başqa birini Nazirlər Kabinetinə işə düzəldəcəyinə dair vəd verir, bu məqsədlə elə Nazirlər Kabinetinin binasının arxa tərəfində aldatdığı şəxsən 30000 dollar alır.

Elə həmin ay başqa birindən 3000 dollar da alır. Ardınca isə, may ayında digər birndən 10000 dollar, başqa şəxsdən isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” qapalı səhmdar cəmiyyətinin “Bilgəh” kardioloji sanatoriyasının baş həkimi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 20000 dollar alıb.

L.-in dələduzluq əməllərindəki maliyyənin məbləğləri varlanmaq üçün bəs edərdi, lakin ədalət mühakiməsindən qaça bilmir, nəhayətdə hüquq-mühafizə orqanları tərəfindən ifşa edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 20 sentyabr tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilir.

Onun cəzasına iki il şərti sınaq müddəti tətbiq edilir, məhkumluğu isə götürülmür. Bununla belə L. nəinki islah olunur, əksinə işini daha da böyüdür. Bir sözlə, məhkəmənin humanist qərarını özünə barmaq yeri qoymaq kimi xarakterizə edir və əməllərindən əl çəkmir. L.-in polisə düşməsi, məhkəmə qərarı onda yeni dələduzluq ideyaları formalaşdırır və elə buna görə də hüquq-mühafizə orqanlarında qaldırılan işləri “bağlamaq” işinə girişir.

Məsələn, birinə söz verir ki, Bakı Şəhər Baş Polis İdarəsində onun qohumu haqqında aparılan istintaqa son verəcək, bu məqsədlə o, 70.000 manat qopara bilir.

Həmin ilin avqustunda isə 100000 dollar dəyərində 04 karat brilyant qaşları olan bir ədəd qızıl üzük, 100000 dollar dəyərində 04 karat brilyant qaşları olan bir cüt qızıl sırğa, 100000 dollar dəyərində 04 karat brilyant qaşları olan bir ədəd qızıl üzük alır.

Onun əvvəlcədən əlbir olduğu qrup klinikaların birində baş həkimin müavini vəzifəsində çalışan şəxsi də daha yüksək vəzifəyə təyin olunması üçün vədlər verib ondan dələduzluq yolu ilə pul alıb.

L. həbsdən adam buraxdırmaq işlərinə də girişibmiş, yaxın qohumları (ana və oğul) həbsdə olan biri L. ilə əlaqəyə girir.

L. ona deyir ki, ana və oğulun həbsdən buraxılması üçün 1.300.000 manat pul lazımdır – 110000 manat ana, yerdə qalanı isə oğul üçün.

Bəs həmin adam L. ilə necə tanış olub? İstintaq materiallarından aydın olur ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin mühafizəçilərindən biri olan Çingiz adlı şəxs dövriyyəyə girib, onlar arasında vasitəçi olubmuş.

Onları “Çənlibel” kafesində görüşünə vəsilə olan da Çingiz idi. Özü Çingiz tanışına L.-i nüfuzlu adamlardan birinin işini gördüyünü deyir.

L. həbsdə olan şəxsin qohumları ilə görüşür, L. əmin edir ki, ana Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad ediləcək. O, ana üçün 110000 manat istəyir. Lakin pulun bir qismini ona çatdırırlar, yerdə qalanını isə iş həll olduqdan sonraya saxlayırlar.

Nəhayət, 10 gündən sonra Bakı Apellyasiya Məhkəməsinin iclası başlayır, lakin gözlənilənlər olmur, bu zaman pul verənlər L. ilə mübahisə edirlər.

L-nın isə cavabı belə olur: “Elə şeylər var ki, bizim gücümüzdə deyil, gələcəkdə bu iş düzələcək, ancaq ödəniş olmalıdır”.

Bununla özünə vaxt qazanan L. yeni planlarını qururmuş, pul almağın yeni mexanizmləri barədə düşünürmüş, görünür qarşı tərəfdə də ona inam var imiş.

Bu zaman kəsiyində həbsdə olan qadının anası qızılları, avtomobilləri sataraq L.-ə pul verir, lakin məhkəmədən eyni qərarlar çıxır.

Verilən vədlərin yalan çıxdığını görən qadın artıq L.-ə etibar etmir, buna görə də adamına deyir ki, L. ona verilən qızıl və pulları geri qaytarsın.

Qısası, L.-in bundan sonra da dələduzluq əməlləri davam edir, lakin yenidən, 2020-ci ilin sentyabrın 21-də hüquqi ədalətin caynağına keçir. İstintaq onun cinayətlərini tam sübuta yetirir – təqsirləndirilən şəxs sınaq müddətində yenidən qəsdən cinayət törətdiyindən məhkumluğu ödənilməmiş hesab olunur.

2021-ci ilin sentyabrın 3-də Bakı Ağır Cinayətləri Məhkəməsinin hökmü ilə L. 10 il müddətinə azadlıqdan məhrum edilib./Oxu.az/

www.yenicag.az

1752
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv