!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Səyyad Əlizadənin oğlu: “Atamın rəhmətə getdiyini “Instagram”dan öyrəndim” – VİDEO

!Reklam – Yazi

Mərhum sənətçi Səyyad Əlizadənin oğlu Atabəy Əlizadə atasının ölümünü sosial şəbəkədən öyrəndiyini bildirib.

Yenicag.az xəbər verir ki, Atabəy Əlizadə bu barədə ARB TV-nin “O Üz” verilişində qonaq olarkən danışıb.

“Çox heyif ki, bu dünyanı tez tərk etdi. Onunla ənənəmiz var idi, hər il bir dəfə zooparka gedirdik və şəkil çəkdiridik. Bu, 6 il davam etdi. Təhsilimlə çox maraqlanırdı. Deyirdi ki, yaxşı təhsil al, gələcəkdə bizə və ailənə yaxşı dəstək ola biləsən. Onun arzularını yavaş-yavaş yerinə yetirəcəm. Aqustun 23-24-ü kəndimizə getdik. Nənəmgilin dəfn olduğu qəbiristanlıq var. Nə zaman qəbiristanlığa getsək, oranı özü təmizləyirdi və mənə də kömək üçün icazə verirdi. Bu dəfə icazə vermədi, tək özü etdi. Özünün dəfn olunduğu yeri özü təmizlədi.

Atam ağır halda xəstəxanaya aparıldı, amma sağalacağına inanırdım. Gecə 10-a qalırdı, “Instagram”ı açdım, birinci atamın şəkli gəldi və “Allah rəhmət etsin, çox heyif” yazılmışdı. Onda bütün dünya başıma uçdu. Sonra evdəkilərdən zəng gəldi ki, atanın vəziyyəti ağırdır, gəl bura. Onda anladım ki, atam vəfat etdi. Bu gün olacaqdı, amma belə tez olacağını bilmirdim”, – deyə A.Əlizadə qeyd edib.

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv