!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səyyad Əlizadənin oğlu hər kəsi gözyaşına boğdu: “Atacan, arzunu yerinə yetirdim” - FOTO

!Reklam – Yazi

“Atacan, həyatdakı ən əsas arzunu həyata keçirdim. Ruhun şaddır, İnşallah”

Yenicag.az xəbər verir ki, bu sözləri mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy atasına xitabən deyib.

Tələbə adını qazanmaqla atasının ən böyük arzusunu yerinə yetirən Atabəy sevincini ilk olaraq atası ilə paylaşmaq üçün onun məzarını ziyarət edib.

O, məzar üstə çəkilən fotonu sosial şəbəkə hesabında paylaşıb.

Fotonu “Atacan, həyatdakı ən əsas arzunu həyata keçirdim. Ruhun şaddır, İnşallah” şərhi ilə təqdim edib.

Onun bu sözləri hər kəsi duyğulandırıb.

Qeyd edək ki, Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında COVID-19 səbəbindən vəfat edib.

Nehru

www.yenicag.az

751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv