!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Shell Danimarkanın bioqaz şirkətini 2 milyard dollara alır

!Reklam – Yazi

Neft və qaz konserni Shell, bərpa olunan təbii qaz şirkəti olan Nature Energy-ni 2 milyard dollara almaq üçün Danimarka tərəfdaşları ilə razılığa gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə bazar ertəsi Shell-in yaydığı bəyanatda deyilir.

Qeyd edilib ki. müqavilə qrupa mövcud müştəri bazasını genişləndirməyə və enerji keçidini sürətləndirməyə imkan verəcək.

“Biz aşağı karbonlu yanacaqların istehsalını genişləndirə və tədarükü artıra biləcəyik”, – şirkətin mətbuat xidmətindən bildirilib.

Nature Energy Avropada bərpa olunan təbii qazın ən böyük istehsalçısıdır. Danimarka şirkəti hazırda 14 bioqaz qurğusunu idarə edir. Avropa və Şimali Amerikada daha 30-a yaxın zavodun tikintisi planlaşdırılır ki, bu da ildə təxminən 9,2 milyon barel hasilatı təmin edəcək.

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv